Əminə Yusifqızı: “Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım”
Əminə Yusifqızı: “Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım”
“Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım. Əlbəttə ki, seçirəm”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əminə Yusifqızı deyib.
O, efirlərdə görünməməsinin səbəblərindən danışıb:
“Artıq elə bir yaşdayam ki, məni hansı verilişə dəvət edəcəklərini bilirlər. Hər zaman efirləri, verilişləri seçmişəm. O vaxtı televiziyada qiraət verilişləri var idi. Televiziyada artıq heç nə yoxdur. Heyif ötən günlər! Düz deyiblər ki, “ötən günə gün çatmaz, calasan da günü günə”. Artıq o cür redaktor və aparıcılar yoxdur! Xalqın sevgisini hər zaman hiss edirəm, görürəm. Məni mən edən də bu sevgidir”, – deyə xalq artisti bildirib.
Xalq artisti fransız dilində oxuduğu şeirlərdən də danışıb:
“Fransada “Dədə Qorqud” dastanından həm oğulun, həm də atanın dialoqunu oxuyurdum. Birinci öz dilimizdə oxudum, sonra fransızca. Mən gecə-gündüz onları əzbərlədim. Füzulinin “Ey həkim” qəzəlini fransız dilində səsləndirdim. Səhnədən düşəndən sonra foyeyə keçdim. Gəlib mənimlə fransız dilində danışırdılar. Elə bilirdilər ki, mən fransızam. Çünki o qəzəli öz fransız aktyorları oxuya bilmirdilər”.