Peskov: “Putin Uitkoff vasitəsilə Trampa məlumat yolladı”
Rusiya Prezidenti Vladimir Putin dünən gecə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib və onun vasitəsilə ABŞ lideri Donald Trampa informasiya ötürüb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Dünən gecə artıq o (Uitkoff – red.), Prezident Putin tərəfindən qəbul edilib, Rusiya tərəfinə əlavə məlumat təqdim edilib. Uitkoff vasitəsilə Putin Trampa məlumat və əlavə siqnallar yollayıb”, – deyə Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın danışığının vaxtı hələ müəyyən edilməyib. Müddətlər Moskvaya səfər edən Uitkoffun ABŞ liderinə məruzəsindən sonra təyin ediləcək.
“İki prezidentin danışığının dəqiq vaxtı hələ razılaşdırılmayıb. Lakin bununla yanaşı, cənab Uitkoff Moskvada əldə etdiyi bütün məlumatları öz dövlət başçısına çatdırdıqdan sonra danışığın keçirilmə müddətlərini müəyyən edəcəyik”, – deyə Kreml nümayəndəsi bəyan edib.
“Belə bir danışığın lazım olduğu anlayışı hər iki tərəfdə var”, – deyə o əlavə edib.