Goranboyda məktəblilər şirin pambıqdan zəhərləniblər
Goranboyda məktəblilər zəhərləniblər.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri, Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü N.K. və onun yaşıdı S.Ə. şirin pambıq yeyiblər.
Onların bir müddət sonra halları pisləşib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.