Binəqədidə yük avtomobili aşıb yolu bağladı
Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov məlumat verib.
O bildirib ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
“NİİM yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirləri görür”, – deyə məlumatda qeyd olunub.