TƏBİB sədrindən yeni TƏYİNAT – FOTO
TƏBİB sədrindən yeni TƏYİNAT – FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib.
Bu barədə Binəqədi Tibb Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mərkəzin direktoru vəzifəsi Müşfiq Mirzəyevə həvalə olunub.
Bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib.
Qeyd edək ki, M.Mirzəyev bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.