“Oskar” mükafatına namizədlərin elan edilməsi yenidən təxirə salındı
“Oskar” mükafatına namizədlərin elan ediləcəyi mərasim Kaliforniyada baş verən yanğınlar səbəbindən yanvarın 23-nə təxirə salınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “The Variety” məlumat yayıb.
Bildirilir ki, səsvermənin müddəti yanvarın 17-dək uzadılıb (əvvəlcə yanvarın 14-də başa çatması planlaşdırılırdı). Mükafata namizədlər onlayn rejimdə elan ediləcəklər.
Mükafatın təqdimetmə mərasiminin özü hələlik təxirə salınmayıb: mərasim martın 2-də Los-Ancelesdəki “Dolby” teatrında keçirilməlidir.
Xatırladaq ki, bundan əvvəl namizədlərin elan edilməsi mərasimi iki gün – yanvarın 19-na təxirə salınmışdı.