İsrail azad edilmiş 154 fələstinlini başqa ölkəyə deportasiya edəcək
İsrail azad edilmiş 154 fələstinli məhbusun Misirə deportasiyası prosesinə başlayıb.
Aztime.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstinli Məhbuslar Qərargahının bəyanatına istinadən xəbər verir.
“154 fələstinli məhbus müqavilə çərçivəsində azad olunaraq Misir Ərəb Respublikasına təhvil verilir”, – bəyanatda deyilir.
Britaniyanın “İndependent” qəzetinin yazdığına görə, bu qərar azadlığa buraxılanların yaxınları arasında çaşqınlıq yaradıb.
Xatırladaq ki, oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında müharibənin bitdiyini elan edib. Razılaşma çərçivəsində HƏMAS son israilli girovları azad edib. İsrail isə öz növbəsində 1966 fələstinli məhbusu azad edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.