Özbəkistanda “kvadrovinq”i sevən uşaqların valideynləri cərimələnəcəklər
Özbəkistan mənfi tendensiyaya qarşı cərimə tətbiq edir.
Oxu.Az xəbər verir ki, bu barədə “Caucasian bureau” məlumat yayıb.
Məlumata görə, Özbəkistanda “kvadrovinq”i sevən uşaqların valideynləri onları böyütmək üzrə öz vəzifələrini yerinə yetirmədiklərinə görə 1,875 milyon sum (təxminən 150 dollar) məbləğində cərimələnəcəklər.
Özbəkistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki, hazırda müvafiq qərar təsdiq mərhələsindədir.