Husilər ballistik raketlərlə Təl-Əvivə hücum ediblər
Yəməndəki “Ənsar Allah” hərəkatı (husilər) Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raketi ilə zərbə endirdiyini açıqlayıb.
Aztime.az Oxu.Az istinadən xəbər verir ki, bunu “Ənsar Allah”ın mətbuat katibi Yəhya Sariya “Al Masirah” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Fələstin-2” hipersəs ballistik raketi Yafo rayonundakı bir neçə hədəfi vurub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.