AMB İslam Korporasiyası ilə bankların maliyyələşdirilməsini müzakirə edib – FOTO
AMB İslam Korporasiyası ilə bankların maliyyələşdirilməsini müzakirə edib – FOTO
Azərbaycan Mərkəzi Bankı (AMB) Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və yerli bankların gələcək maliyyələşdirilməsi məsələsini müzakirə edib.
Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Mərkəzi Bankda İslam Korporasiyasının baş icraçı direktoru Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Görüş zamanı Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin kommersiya bankları ilə əməkdaşlığın gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanlarını müzakirə etdik”, – T. Kazımov qeyd edib.
Bu gün Mərkəzi Bankda Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (@ITFCCORP) baş icraçı direktoru, Hani Salem Sonbolun (@hani_hsunbol) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Görüş zamanı Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta… pic.twitter.com/6z5fw4mJQR
— Taleh Kazimov (@TalehKazimov_T) September 13, 2023