ABŞ-nin dövlət borcu rekord həddə 37 trilyon dollara çatıb
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 37 trilyon dollar həddini keçib.
Aztime.az-ın xəbərinə görə, bunu ABŞ Maliyyə Nazirliyinin məlumatları sübut edir.
Nazirliyin saytında verilən məlumata görə, 37 004 817 625 842.56 ABŞ dolları 11 avqust 2025-ci il tarixinə ödənilməmiş dövlət borcunun ümumi məbləğidir.
Bildirildiyinə görə, 2024-cü ilin noyabrında ABŞ-nin dövlət borcu 36 trilyon dollar həddini keçib. Üstəlik, 2024-cü ilin iyulunda isə bu göstərici 35 trilyon dollar həddinə çatıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.