Dani Olmonun La Liqa macərası ertələndi: “Barselona” transferi qeydiyyatdan keçirə bilmədi
“Barselona” klubunun “Leypziq”dən 60 milyon avroya transfer etdiyi Dani Olmo La Liqada çıxış edə bilməyəcək.
Oxu.Az Goal.com-a istinadla xəbər verir ki, “Barselona” rəsmiləri futbolçunu İspaniya liqasında çıxış etmək üçün qeydiyyata saldırmağı bacara bilməyiblər.
La Liqa rəhbərliyi isə futbolçunun sənədlərində çatışmazlıqların olduğunu bildiriblər.
Qeyd edək ki, “Barselona” klubunun prezidenti bu məsələnin ən qısa zamanda həll olunması üçün çalışacaqlarını bildirib.