Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
“Təklif olsa da, Azərbaycan yığmasının məşqçisi olduğum üçün bundan imtina etdim”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov yığmadakı gələcəyi ilə bağlı danışarkən deyib.
54 yaşlı mütəxəssis yığma ilə müqaviləsinin uzadıldığını bildirib:
“Sözləşmə avtomatik olaraq yenilənib. Lakin bu barədə ictimaiyyətə məlumat verilməyib. Düşünürəm ki, hər şey milliyə yeni baş məşqçi təyin olunduqdan sonra öz təsdiqini tapacaq”.
Qeyd edək ki, Arif Əsədov 2020-ci ildən Azərbaycan millisində köməkçi məşqçi vəzifəsində çalışır.