Almaniya Bundesliqası: “Bayer” məğlubiyyətsizlik seriyasını 50-yə yüksəltdi – VİDEO
Almaniya Bundesliqası: “Bayer” məğlubiyyətsizlik seriyasını 50-yə yüksəltdi – VİDEO
Almaniya Bundesliqasının 33-cü turunda “Boxum”la qarşılaşan “Bayer 04” bu dəfə də azarkeşlərini sevindirib.
Oxu.Az xəbər verir ki, gözlənildiyi kimi oyuna daha fəal başlayan qonaqlar görüşün taleyini elə ilk hissədəcə həll ediblər. 41-ci dəqiqədə Patrik Şik komandasını qələbəyə ruhlandırıb.
İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqəsində səhnəyə çıxan Bonifeys fərqi 2-yə yüksəldib – 2:0.
Fasilədən sonra hücumların kəsərini daha da artıran “Bayer 04” futbolçuları rəqibi 3-cü dəfə cəzalandırıblar. 76-cı dəqiqədə Amin Adli dəqiq oynayıb – 3:0.
Ardınca 86-cı dəqiqədə fərqlənən Stanişiç rəqibi yenidən mərkəzə dəvət edib – 4:0.
Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə səhnəyə çıxan Qrimaldo görüşdə son nöqtəni qoyub – 5:0.
Qeyd edək ki, bu görüşdə də qalib gələn “Bayer 04” məğlubiyyətsizlik seriyasını 50-yə yüksəldərək öz dünya rekordunu yeniləyib.