Abşeronda yaşayış binasında yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Abşeron rayonunda yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, hadisə rayonun Mehdiabad qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 kv.m sahədə, eyvanın plastikdən ibarət qapısı, pəncərəsi və eyvanda olan şkaf bir kv.m sahədə yanıb. Yanğın zamanı iki nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.