Masallıda yolu keçən piyadanı avtomobil vuraraq öldürdü
Masallıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes VITO” markalı minik avtomobili yolu keçmək istəyən, rayonunun Sərçuvar kənd sakini, 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.
Sürücü piyadanı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Buna baxmayaraq, M.Seyfiyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.