Ərdoğan Türkiyə hökumətində dəyişikliklərin anonsunu verdi
Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər.
Oxu.Az-ın “Sabah”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
“Bizim partiya proqramımız daim dəyişir. Bundan başqa, inzibati mexanizmlərdə, partiyamız daxilində bəzi dəyişikliklər ola bilər. Baş nazir müavinlərinin də dəyişilməsi gözlənilir. Bildiyiniz kimi, hökumətdə iki nazir dəyişdi. İndi bu yeni dövrdə həm müavinlər, həm nazirlər səviyyəsində dəyişikliklər edə bilərik”, – deyə o bildirib.