ABŞ-Ermənistan hərbi təlimləri başlayır
Bu gün Ermənistanda “Eagle Partner” adlı ABŞ-Ermənistan hərbi təlimləri start götürür.
Aztime.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Ermənistan hərbçiləri avqustun 20-dək beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün təlimlərdə iştirak edəcəklər.
Təlimlərdə Ermənistan ordusunun şəxsi heyəti, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcəklər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.