Yeddi aylıq Aylinin anası: “Tək nişan üzüyüm qalmışdı, müalicə üçün onu da satmışam”
Yeddi aylıq Aylinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ülviyyə Əliyeva məlumat verib.
O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir:
“Aylin yeddi aylıqdır. O doğulandan sonra leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrini edirik. Körpə olduğu üçün həkimlər müalicələrin faydasının olacağını deyirlər. Aylinin müalicəsi üçün 5 000 manata yaxın pul xərcləmişik, hazırda onun digər müalicə xərclərini qarşılamaq üçün 800 manata ehtiyacımız var”.
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
“Mən evdar qadınam, yoldaşım isə fəhləlik edir. Aylinin müalicəsinin ilkin mərhələsini qarşılaya bilmək üçün mən toyumda taxılan qızıllarımı satdım. Əlimdə təkcə nişan üzüyüm qalmışdı, müalicələr üçün 10 gün əvvəl onu da satmışam. Yardımsevər şəxslərdən övladıma və bizə dəstək olmalarını xahiş edirəm. Aylin mənim yeganə övladımdır, ona nəsə olmağını təsəvvür belə edə bilmirəm”.
Ailə ilə əlaqə: (055) 640-36-42.
Kapital Bank: 4169 7388 8614 4363.