2024/25 mövsümünə iki böyükhesablı qələbə ilə başlayan “Qarabağ” 16 illik göstəricini yeniləyib.
Oxu.Az PFL-in (Peşəkar Futbol Liqası) rəsmi saytına istinadla xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qələbə qazanıb. “Qarabağ” bunu üçüncü dəfə bacarıb. 1993/94 və 2003/04 mövsümlərində də oxşar ssenari yaşanıb.
2000/01 mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqi ilə qalib gəlib.
Sonuncu belə start isə 2008/09 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.