Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Azərbaycana işgüzar səfərə gəlib
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Aztime.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Suriya Prezidenti Əhməd əş-Şaraanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.