İrəvan Zəngəzur dəhlizindən nə qazanacaq? – Dünyanın diqqət mərkəzində olan görüşün TƏFƏRRÜATI
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü, daha sonra təkbətək formatda müzakirələri Cənubi Qafqazda sülhün vasitəçilərsiz daha yaxın olduğunun göstəricisidir.
Bu, Azərbaycan və Ermənistan dövlət başçılarının, hər iki ölkənin nümayəndə heyətlərinin bir neçə dəfə görüşlərinin konstruktiv davamı olub. Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin beynəlxalq hüquq çərçivəsində aparılmasını təklif edir. Sülh sazişi üzrə danışıqların mətni də demək olar ki, hazırdır.
Belə bir müsbət ab-havada Azərbaycanın Əbu-Dabi görüşünə təşəbbüs göstərməsi və Ermənistanın bu təşəbbüsə cavab verməsi xüsusi əhəmiyyətlidir.
Bu məqamda məsələnin digər tərəfi yada düşür. Sülh danışıqları etimadın möhkəmlənməsinə təkan verir. Üstəlik, Azərbaycan diplomatiyası hüquq və əməkdaşlıq üzərində qurulub. Ermənistanla münasibətləri normallaşdırma strategiyası regionda davamlı əməkdaşlıq mühiti yaradır. Əməkdaşlıq mühitində iqtisadi əlaqələr, şübhəsiz ki, yaranacaq, inkişaf edəcək.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, nəticədə, Zəngəzur dəhlizinin işə düşməsi və Orta Dəhliziə inteqrasiya prosesi baş verəcək:
“Bu, regionda iqtisadi əlaqələrin yüksəliş fazasına keçidini təmin edəcək. Eyni zamanda Ermənistan üçün də müsbət nəticələr vəd edir. Çünki indiyədək yürüdülən siyasət nəticəsində bu ölkə mühüm iqtisadi layihələrdən təcrid olunmuşdu. İndi isə fürsət yaranıb ki, Ermənistan da Azərbaycanın təşəbbüskarı olduğu layihələrə qoşulsun”.
Siyasi və iqtisadi maraqların uyğunluğu Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında əməli addımların artıq reallığa çevrilməsi deməkdir. Ona görə də Azərbaycanın son 5 ildə yaratdığı bu reallığı və Əbu-Dabi görüşünü ABŞ, Avropa İttifaqı da alqışlayıb. Həmçinin Azərbaycanın təşəbbüsləri rəsmi İrəvan tərəfindən də dəstəklənib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.