İsrailin müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlir
İsrailin müdafiə naziri Yoav Qalant bu gün Azərbaycana rəsmi səfərə gələcək.
Aztime xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İyulun 14-dək davam edəcək səfər çərçivəsində Qalant Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslərlə görüşəcək.
“Azərbaycana səfərin məqsədi iki ölkə arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir. Görüşlər zamanı İsrailin müdafiə naziri həmkarları ilə regional sabitliyin gücləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir”, – İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.