Yeni tələblərə görə, köhnə nəqliyyat sahibləri avtomobillərini yeniləməkdə maraqlı olacaqmı? – VİDEO
Yeni tələblərə görə, köhnə nəqliyyat sahibləri avtomobillərini yeniləməkdə maraqlı olacaqmı? – VİDEO
Köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər.
Xezerxeber.az xəbər verir ki, istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq.
Bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, ölkəmizdə avtomobil parkı çox köhnə olsa da, yenilənməsi istiqamətində mütəmadi planlar hazırlanıb, işlər görülür.
Köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması məsələsinin gündəmə gəlməsi də elə bununla əlaqədardır.
Ekspert bildirib ki, köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırılması istiqamətində bir çox təkliflər irəli sürülə bilər.
Ətraflı videomaterialda: