İranda hər altı saatda bir məhbus edam edilir – FOTO
İranda hər altı saatda bir məhbus edam edilir – FOTO
İranda hər gün orta hesabla dörd məhbus dar ağacından asılır, bu isə o deməkdir ki, hər altı saatda bir məhbus edam olunur.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Monitorinq Mərkəzinə istinadla xəbər verib.
Bildirilir ki, 2024-cü il may ayının ilk ongünlüyündə İranın Məhkəmə Sistemi ölkə həbsxanalarında 40 məhbusu dar ağacından asıb. Bu, aprelin ilk ongünlüyü ilə müqayisədə edamların sayının 160 faizə yaxın artdığını göstərir.
Edam olunanlar arasında qadınlar və siyasi məhbuslar da olub.
O da vurğulanır ki, bu ay edamların 90%-dən çoxu gizli şəkildə həyata keçirilib; İranın heç bir rəsmi media qurumu, o cümlədən Ədliyyə-Məhkəmə Sistemi tərəfindən məlumat verilməyib.
Edam hökmləri daha çox Urmiya, Simnan, Kerman, İsfahan, Qum, Kermanşah, Zəngan, Təbriz, Qəzvin, Şiraz və Ərdəbil şəhərlərinin həbsxanalarında baş tutub.
Edam hökmü icra edilənlərin 60%-i narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham ediliblər.