İranın Suriyadakı milyardları bata bilər – VİDEO
İranın Suriyadakı milyardları bata bilər – VİDEO
İranın son 12 ildə Suriyaya milyardlarla dollar pul qoyduğunu nəzərə aldıqda, aydın olur ki, İran hakimiyyətinin Bəşər Əsəd rejiminə hərtərəfli dəstəyinin və Suriyadakı hərbi-siyasi mövcudluğunun ölkə və onun vətəndaşları üçün elə bir iqtisadi səmərəsi yoxdur.
Beynəlxalq mediada İran hakimiyyətinin öz xalqının boğazından kəsib Suriyada xərclədiyi vəsaitin məbləği barədə müxtəlif məlumatlar yayılıb. Son illər bununla bağlı ən geniş rezonans doğuran açıqlama İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sabiq sədri Hişmətullah Fəlahətpişə tərəfindən verilib.
Nüfuzlu “Etimad” qəzetinə geniş müsahibəsində o deyib:
“Biz Suriyaya 20-30 milyard dollar pul vermişik, onu Suriyadan geri almalıyıq, çünki orada xərclənən pul bu millətin puludur”.
Lakin son günlər üzə çıxan bir gizli sənəd İranın Suriyaya verdiyi pulun məbləğinin sabiq Komissiya sədrinin dediyindən də çox olduğunu göstərir.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: