Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq
Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq
Türkiyə Superliqasının XXXII turundan mövsümün sonuna qədər vacib oyunlarda əcnəbi VAR (Video Yardımçı Hakim sistemi) hakimlərinin xidmətindən istifadə olunacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.
XXXII turun “Ankaragücü” – “Qaziantep”, “Fatih Karagümrük” – “Fənərbağça” və “Alanyaspor” – “Qalatasaray” görüşlərinə əcnəbi VAR hakimləri dəvət olunacaqlar.
Mənbə: Haber Global