MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum olub
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum olub
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, – deyə Lebedev vurğulayıb.
Mənbə: TASS