Paşinyan Ərdoğanla telefonla danışıb: Vaşinqtondakı görüş müzakirə edilib
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıb.
Aztime.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, N.Paşinyan və R.T.Ərdoğan təkcə Vaşinqtonda imzalanmış sənədlər haqqında yox, həmçinin İrəvan-Ankara ikitərəfli münasibətləri müzakirə ediblər.
Ermənistanın baş naziri söyləyib ki, indi iki ölkə arasında nəzərdə tutulan planları həyata keçirmək üçün ən əlverişli mühit yaranıb.
Məlumat üçün əlavə edək ki, N.Paşinyan bu gün Fransa, Rusiya və İran prezidentləri ilə də Vaşinqtondakı danışıqları müzakirə edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.