Cek Qrilişin yeni klubu bəlli oldu
“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını “Everton”da davam etdirəcək.
Aztime.az xəbər verir ki, “Mançester Siti” klubu 29 yaşlı ingilisi icarəyə vermək istəyir.
Futbolçunun özü də “Everton”da icarədə çıxış etməsinə razılıq verib.
Qriliş 2021-ci ildən “Mançester Siti”də çıxış edir. 2024/25 mövsümündə “şəhərlilər”in heyətində bütün yarışlarda 32 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.