Eyfel qülləsi qısa müddətə boşaldılıb
Fransa polisi bazar günü Olimpiadanın bağlanış mərasiminə saatlar qalmış yarıçılpaq bir kişinin Eyfel qülləsinin üzərinə çıxmasından sonra ətrafı boşaldıb.
Oxu.Az bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, əynində köynək olmayan kişi Olimpiya halqalarının quraşdırıldığı hissəsindən 330 metrlik Eyfel qülləsinə heç bir qoruyucu vasitədən istifadə etmədən də dırmanmağa nail olub.
Polis ziyarətçiləri ərazidən uzaqlaşdırıb və tikiliyə dırmanan şəxsi yerə endirib. Dindirmə zamanı onun Britaniya vətəndaşı olduğu müəyyən edilib. O, peşəkar sənaye alpinisti olduğunu bildirib.
Bu hadisə əhali arasında Oyunların təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.