Milli Olimpiya Komitəsi çempion olan idmançılara aylıq ödənişlər edir?
Azərbaycan Milli Olimpiya Komitəsi aylıq olaraq Olimpiya, dünya və Avropa çempionluğu olan idmançılara təqaüd verir.
Aztime.az Oxu.Az-a istinadən bildirir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib. O qeyd edib ki, qurum sadəcə Olimpiya, dünya və Avropa çempionluğu olan idmançılara ödəniş edir.
“Biz hər idmançıya ödəniş etmirik. Sadəcə Olimpiya, dünya və Avropa çempionluğu olan idmançılarımıza aylıq müəyyən miqdarda təqaüdlər verilir. Olimpiya çempionu olan idmançılara verilən təqaüdlər kəsilmir. Çünki idmanda keçmiş Olimpiya çempionu anlayışı yoxdur. Onlar hər zaman komitə tərəfindən təqaüd alırlar. Amma dünya və Avropa çempionu olan idmançıların nailiyyəti təkrarlamayacağı təqdirdə təqaüdü kəsilir”, – deyə M.Fərzəliyev bildirib.
Əldə etdiyimiz məlumata görə, idmançıların dərəcələrindən və nailiyyətlərindən asılı olaraq aylıq təqaüdləri 500 – 2000 AZN arasında dəyişir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.