FIFA-dan “Qalatasaray”a şok cəza
“Qalatasaray” klubu ötən yay transfer dövründə Donetsk “Şaxtyor”undan heyətinə qatdığı Tete üçün Ukrayna klubunun açdığı iddianın yekunlaşması ilə bağlı açıqlama verib.
Bu barədə Oxu.Az Haber Global-a istinadən məlumat verir.
“Şaxtyor” Donetskin peşəkar futbolçumuza qarşı FIFA-ya etdiyi müraciət Mübahisələrin Həlli Şurası tərəfindən 11 iyul 2024-cü il tarixində qismən qəbul edilib. Qərara əsasən futbolçu Mateus Kardoso Lemos Martins və klubumuz 8 Avqust 2023-cü il tarixindən etibarən hesablanacaq illik beş faizlə birlikdə Ukrayna klubuna 2 389 776 avro ödəməlidir.
FIFA-nın qərarına uyğun olaraq, “Qalatasaray” Mateus Kardoso Lemos Martins ilə birlikdə göstərilən təzminat məbləğinə görə məsuliyyət daşıyır.
Bu qərardan apellyasiya şikayəti verilə bilər, odur ki proses hələ yekunlaşmayıb”, – İstanbul komandasından bildirilib.