Əfqanıstanda daşqınlardan dəhşətli görüntülər: Onlarla insan həlak olub – FOTO/VİDEO
Əfqanıstanda daşqınlardan dəhşətli görüntülər: Onlarla insan həlak olub – FOTO/VİDEO
Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Bu barədə yerli mediada xəbər yayılıb.
Bildirilib ki, həlak olanların sayı arta bilər, çünki onlarla insan itkin düşmüş hesab edilir.
Bundan başqa Kabili Əfqanıstanın şimalı ilə birləşdirən əsas yol isə bağlanıb.
Mənbə: BBC