Blinken Şarl Mişellə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi – FOTO
Blinken Şarl Mişellə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi – FOTO
ABŞ dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparıb.
Blinken bu barədə “Twitter” hesabında paylaşım edib.
Görüş zamanı Ukrayna və Cənubi Qafqazda vəziyyətlə bağlı müzakirələr aparılıb.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukraynaya dəstək, Cənubi Qafqazda sülhün bərqərar olması və bizim dərin Transatlantik tərəfdaşlığımızla bağlı müzakirələr aparmaq xoş oldu”, – deyə Antoni Blinken paylaşımda qeyd edib.
Great to speak with European Council President @CharlesMichel today to discuss support for Ukraine, South Caucasus peace, and our deep transatlantic partnership.
— Secretary Antony Blinken (@SecBlinken) May 11, 2023