Xankəndi sakini: “Ermənilər hər fürsətdə etnik mənsubiyyətimizi bizə xatırladırdılar” – VİDEO
Xankəndi sakini: “Ermənilər hər fürsətdə etnik mənsubiyyətimizi bizə xatırladırdılar” – VİDEO
“Xankəndidə beş mərtəbəli Leninqrad layihəli binada yaşayırdıq. Atam hərbçi, anam müəllimə idi. Azərbaycan hər zaman çoxmillətli ölkə olub. Biz heç kimin etnik mənsubiyyəti ilə maraqlanmırdıq. Məhz ermənilər hər fürsətdə bu məsələni bizə xatırladırdılar”.
Bunu 1982-ci ildə Xankəndidə anadan olan Azər Mahmudov Baku TV-yə müsahibəsində bildirib.
“O zaman Xankəndidə xeyli azərbaycanlı yaşayırdı. Biz bilmirdik ki, təhlükə haradan gələ bilər. Çünki düşmən hər yerdə idi”, – deyə Azər şəhəri tərk etdiyi günləri xatırlayıb.
1988-ci ildə doğma şəhərindən didərgin düşən Mahmudovlar ailəsi hazırda Bakının Məhəmmədli kəndində yaşayır.
Ətraflı süjetdə: