Maştağada mağazadan soyğunçuluq edilib
Maştağada mağazadan soyğunçuluq edilib
Maştağa qəsəbəsində mağazadan soyğunçuluq edilib.
Oxu.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1 000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.