Ukrayna millisinin və “Beşiktaş”ın sabiq qolkiperi karyerasını başa vurdu
Ukrayna millisinin sabiq qapıçısı Denis Boyko futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, Boyko karyerası ərzində “Dnepr”, “Dinamo Kiyev” və “Beşiktaş” komandalarında çıxış edib.