Afaq Bəşirqızı: “Xalq artisti” adını alanların bəziləri bu ünvana layiq deyillər”
“Xalq artisti” adını alanların bəziləri bu ünvana layiq deyillər. Çünki onlar həmin statusu şəxsi əlaqələr yolu ilə alıblar”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Xalq artisti, professor Afaq Bəşirqızı deyib.
Onun sözlərinə görə, insanların çoxu bəzi Xalq artistlərini tanımır:
“Bu adı almaq hələ xalqın artisti olmaq demək deyil, çünki onların bəzilərini tamaşaçılar tanımırlar”.
Xalq artisti Azərbaycan teatrında problemlərin kökünü onu yaşatmaq üçün yaradılan təşkilatların müflis olmasında görür:
“Teatr sənəti aktyor üzərində qurulub. Sənətkarlar bu sahəyə ona görə gəlirlər ki, xalq onları sevsin. Amma onlar bu sənətdəki haqsızlıqlara görə məhv olurlar. Bəzi teatr direktorları aktyorlara gün ağlamırlar. İnsanları vəzifəyə gətirirlər ki, qeydimizə qalsınlar. Hazırda isə həmin şəxslər xalqın təhqir edilməsinə göz yumurlar”.
Ətraflı süjetdə:
