Bəzi sürücülər sərnişinləri və taksi şirkətlərini necə aldadırlar?
Son günlər sosial şəbəkələrdə dələduzluğun yeni bir növü geniş müzakirə mövzusuna çevrilib.
Taksi şirkətləri tərəfindən sertifikatsız və ya 2015-ci ildən köhnə modelləri olan avtomobillər bloklansa da, bəzi şəxslər bu qaydalardan yan keçmək üçün yeni fırıldağa əl atıblar.
Belə ki, cəmi bir neçə dəqiqəyə və müəyyən bir məbləğ qarşılığında köhnə avtomobillər sertifikatlı və 2015-ci ildən yeni görünür.
Sosial şəbəkələrdəki şərtlərə nəzər salanda bu xidmətdən istifadə etmək istəyənlərin çoxluğu diqqət çəkir. Görünür, qaydaları pozaraq qeyri-qanuni yolla işini davam etdirmək istəyənlərin sayı az deyil. Bu prosesin nə dərəcədə real olduğu isə hələlik sual altındadır.
“Sürücünün hesabı qeyri-qanuni formada bloklananda mütəxəssis problemin aradan qaldırılması üçün onun adından müraciət edir. Bu zaman araşdırma aparılaraq hesab analiz edilir və qeyri-qanuni fəaliyyətin olmadığı sübut edildikdə blokdan çıxarılır. Qeyri-qanuni fəaliyyət nəticəsində bloklanma olduqda isə bəzi şəxslər xüsusi manipulyasiyalar vasitəsilə sürücünün məlumatlarını başqa formada təqdim edərək bloku aradan qaldıra bilərlər. Lakin həmin şəxslər bunu çox vaxt insanları aldatmaq, pullarını mənimsəmək məqsədilə edirlər”, – deyə İT mütəxəssis Əmrah Mövsümzadə mövzu ilə bağlı açıqlamasında deyib.
Daha ətraflı Baku TV-nin süjetində: