Azərbaycanda bir universitet əməkdaşlarının maaşlarını artırdı
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları artırılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı universitetin Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.
Qərara əsasən, təhsil müəssisəsinin 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək.
Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.