Polşa Belarusla sərhəddə bufer zona yaradır
Polşa hökuməti Belarusla sərhədin bir neçə hissəsində bufer zonanın yaradılması haqqında fərmanı təsdiqləyib.
Bu barədə jurnalistlərə ölkənin Baş naziri Donald Tusk məlumat verib.
“Biz Belarusla sərhəddə xüsusi zona ilə bağlı qətnaməni təsdiq etdik. Bu zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə 200 metrdən 2 km-ə qədər olacaq”, – o bildirib.
Mənbə: TASS