UEFA Konfrans Liqası: Finala yüksələn növbəti komanda “Olimpiakos” oldu – VİDEO
UEFA Konfrans Liqası: Finala yüksələn növbəti komanda “Olimpiakos” oldu – VİDEO
UEFA Konfrans Liqasının ikinci yarımfinal görüşündə “Olimpiakos” “Aston Vİlla” ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə ilə yadda qalan görüşdə hesab 10-cu dəqiqədə açılıb. Ayub Əl Kabi dəqiq oynayıb – 1:0. 78-ci dəqiqədə yenidən səhnəyə çıxan Ayub Əl Khabi dubla imza ataraq görüşdə son nöqtəni qoyub – 2:0.
Beləliklə, “Olimpiakos” finalda İtaliyanın “Fiorentina” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, final görüşü mayın 29-da Yunanıstanda keçiriləcək.