Səbaildə 15 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb
Səbaildə 15 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Səbail rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, yolu keçən 2009-cu il təvəllüdlü Fərid Teymur oğlu Əhmədovu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadanın köməyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.