Məğlubedilməz “Bayer” finala vəsiqə qazandı, “Marsel” isə səfərdə uduzdu – VİDEO
Məğlubedilməz “Bayer” finala vəsiqə qazandı, “Marsel” isə səfərdə uduzdu – VİDEO
UEFA Avropa Liqasının yarımfinal görüşündə “Atalanta” “Marsel”i , “Bayer04” “Roma”nı qəbul edib.
Oxu.Az xəbər verir ki, “Atalanta” – “Marsel” görüşünün 30-cu dəqiqəsində Ademola Lukman hesabı açıb. 52-ci dəqiqədə Mateo Ruqeri fərqi artırıb – 2:0. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə fərqlənən Əl Bilal Ture görüşün yekun nəticəsini müəyyənləşdirib – 3:0.
“Bayer04” – “Roma” görüşündə daha fəal başlayan qonaqlar hesabı 43-cü dəqiqədə açıblar. Parades dəqiq oynayıb – 1:0. Fasilədən sonra da hücumların kəsərini artıran “Roma” futbolçuları fərqi 2-yə yüksəldiblər. Parades 66-cı dəqiqədə dubla imza atıb – 2:0. Amma 49 oyundur məğlubiyyətlə barışmayan “Bayer 04” 82-ci dəqiqədə fərqi azaldıb. Cianluka Mançini avtoqol müəllifi olub. “Bayer 04” son dəqiqədə Yosip Stanişiçin qolu ilə hesaba tarazlıq gətirib – 2:2.
Qeyd edək ki, mayın 22-də İrlandiyada keçiriləcək final görüşündə “Bayer 04” – “Atalanta” ilə qarşılaşacaq.