Xoşbulaq zibil içində, icra orqanının telefonları isə susur – FOTO
Xoşbulaq zibil içində, icra orqanının telefonları isə susur – FOTO
Daşkəsən rayonunda sakinlər məişət tullantılarının ətrafa atılmasından şikayətlənirlər.
Bununla bağlı Oxu.Az-a vətəndaş tərəfindən şikayət ünvanlanıb. Belə ki, söhbət rayonun Xoşbulaq kəndindən gedir. Fotolardan da göründüyü kimi, məişət tullantıları ərazidə antisanitar vəziyyət yaradıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq.
İ.İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, tullantıların qalaqlandığı ərazi ilə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılacaq:
“Əraziyə cavabdeh aidiyyəti icra orqanları tərəfindən tullantıların qalaqlandığı sahənin təmizlənməsi təmin ediləcək”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsindən isə telefon zənginə cavab verən olmadı.
Könül Cəfərli