Acun Ilıcalıya qarşı ittiham aktı qəbul edildi: Məhkəməyə çıxarılacağı vaxt açıqlandı
Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı qəbul edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Haber Global” xəbər yayıb.
Bildirilir ki, haqqında 5 il 3 aya qədər həbs istənilən Acun Ilıcalı iyul ayında məhkəməyə çıxacaq.
Qeyd edək ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir.