İranda Kann festivalının iştirakçısı olan rejissor azadlıqdan məhrum edilib
İranda Kann festivalının iştirakçısı olan rejissor azadlıqdan məhrum edilib
İranlı rejissor və Berlin Film Festivalının qalibi Məhəmməd Rəsulof səkkiz il həbs cəzasına məhkum edilib, şallaq vurulub, cərimə olunub və əmlakı müsadirə edilib.
Bu barədə onun vəkil Babək Paknia sosial şəbəkə hesabında bildirib.
Bu, Rəsulovun “Müqəddəs əncirin toxumu” filminin iştirak üçün Kann Film Festivalında seçilməsindən sonra baş verib.
“Hökmün çıxarılmasına səbəb ictimai bəyanatlar, o cümlədən, məhkəmənin fikrincə, ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək niyyəti ilə bədii və sənədli filmlərin çəkilməsi olub”, – deyə vəkil qeyd edib.
Mənbə: RBC