Bakı-Sumqayıt yolunda motosiklet avtomobilə çırpıldı: Ölən var – VİDEO
Bakı-Sumqayıt yolunda motosiklet avtomobilə çırpıldı: Ölən var – VİDEO
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, hərəkətdə olan motosiklet avtomobilə çırpılıb.
Hadisə nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.
Ölən və xəsarət alanların olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik: