Azərbaycanda qoyun və keçilərin sayı azalıb – Ən çox olduğu RAYONLAR + FOTO
Azərbaycanda qoyun və keçilərin sayı azalıb – Ən çox olduğu RAYONLAR + FOTO
Azərbaycanda qoyunların, keçilərin və donuzların sayı azalıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin əvvəlində qoyunların sayı ölkə üzrə 6,6 milyon, keçilərin sayı 419 min, donuzların sayı 4 828 baş təşkil edib.
Ən ciddi azalma keçilərin sayında müşahidə edilib. 2022-ci illə müqayisədə ölkəmizdə keçilən sayı 161 min baş və ya 27,7% azalıb. Qoyunların sayında azalma 7,4 faiz, donuzların sayında isə 5,9 faiz olub.
Qoyunların sayına görə Beyləqan rayonu ölkə üzrə liderdir. Bu rayonda 290 mindən çox qoyun var. İmişli (249 min), Şəmkir (243 min), Sabirabad (228 min), Quba (224 min) və Gədəbəy (203 min) də qoyunların sayının daha çox olduğu rayonlar sırasındadır. Şərqi Zəngəzur iqtisadi rayonunda 455 min, Qarabağ iqtisadi rayonunda isə 647 min qoyun var.
Keçilərin sayının ən çox olduğu rayon Babəkdir. Rayonda olan 22 minə yaxın keçinin əksəriyyəti ana keçilərdir. Şəmkir (18 690), Quba (18 963), Şəki (14 924), Sabirabad (13 180) rayonları da keçilərin sayına görə fərqlənirlər.
Bakı şəhəri (1 404), Qax rayonu (1 266) isə donuzların sayına görə liderdir.